Slovakiyada yaşayış evində partlayış nəticəsində daha iki nəfər ölüb
Ölçü:


Slovakiyanın Preşov şəhərində dekabrın 6-da yaşayış binasında baş vermiş qaz partlayışı nəticəsində ölənlərin sayı 7-yə çatıb, bir nəfər itkin düşmüş sayılır, 39 nəfər yaralanıb.
Bundan əvvəl hadisə zamanı 5 nəfərin öldüyü açıqlanmışdı.

Koordinat.az
-ın TASS-a istinadən verdiyi məlumata görə, dekabrın 6-da baş vermiş partlayış nəticəsində başlayan yanğını yalnız dekabrın 7-də söndürmək mümkün olub.

Yanğın 13 mərtəbəli binanın altı mərtəbəsini əhatə edib. Binanın uçmaq təhlükəsi var. Uçmasa belə, bələdiyyə orqanları bina ciddi zədələndiyindən, onu söküb yerində yenisini tikmək niyyətindədir.

Xilasedicilər və yanğınsöndürənlər binaya baxış keçirilməsini davam etdirirlər.
07.12.2019 16:20:00
Oxuma sayı: 32