Namizədlərin parlamentə növbədənkənar seçkilərlə əlaqədar sənədləri DSK-lara təqdim edəcəkləri müddət müəyyənləşib
Ölçü:


Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri  21 dekabr 2019-cu ildən başlayaraq namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun nümayəndəsi tərəfindən dairə seçki komissiyasına təqdim edilməlidir.

Koordinat.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiq edilən Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçkim komissiyalarına təqdim edilməsi prosesi  2020-ci il yanvarın 10-u saat 18.00-dək başa çatacaq.  2020-ci il yanvarın 30-dək qərar qəbul edəcək.
07.12.2019 15:40:00
Oxuma sayı: 138