Müsavat Partiyası parlament seçkisinə qatılır - qərar
Ölçü:


Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Koordinat.az
-ın məlumatına görə, bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib. Müzakirələrdən sonra Müsavat Partiyasının parlament seçkilərində iştirak etməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gündən növbədənkənar parlament seçkisi prosesinə start verib. Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

07.12.2019 14:46:00
Oxuma sayı: 99