Dilqəm Əsgərovun oğlu: “Yoxsa bəzi qüvvələr atamgilin azad edilməsinə mane olur?!”
Ölçü:


“Atam Dilqəm Əsgərov və onunla birgə Qarabağda girov saxlanılan Şahbaz Quliyevin səhhətində ciddi problemlər var”.

Koordinat.az xəbər verir ki, bunu Modern.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. O, qeyd edib ki, atası artıq 6 ilə yaxındır qanunsuz olaraq girovluqda saxlanılır:“Atam illərdir ki, ermənilərin əlindədir. Ötən müddət ərzində Azərbaycan dövləti, beynəlxalq təşkilatlar Ermənistana əsir və girovların “hamının-hamıya” prinsipilə dəyişdirilməsi təklifini irəli sürüb. Əfsuslar olsun ki, ermənilər bu təklifi rədd edərək,  Azərbaycanda saxlanılan erməni diversantlarla atam Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinə razılıq verməyiblər. Onlar qanunsuz olaraq erməni girovluğunda saxlanılırlar”.

K.Əsgərov qeyd edib ki, 2 ildən çoxdur atasından şəkil və videogörüntü almır: “Çox istərdik ki, heç olmasa “Skipe” vasitəsilə danışaq. İllərdir bu arzumuz nəzərə alınmır. Heç olmasa görüntü vasitəsilə ona baxaq. Qırmızı Xaç Komitəsi öz mandatına uyğun olaraq başçəkmə həyata keçirir, bu barədə bizi məlumatlandırır. Amma bu, kifayət deyil. Bizə bildirməsələr də, bilirik ki, atamın və dostu Şahbazın səhhəti yaxşı deyil, onların sağlamlığında bəzi problemlər yarandığından həkim nəzarətində saxlanılırlar.

Ermənilər nə istəyir bu iki nəfər yaşlı, xəstə insandan, onu anlaya bilmirəm! Onlar bu iki xəstə insandanmı qorxurlar?! Yoxsa Azərbaycandakı bəzi qüvvələrmi onların azad edilməsinə mane olur?!”.

 

06.12.2019 15:40:00
Oxuma sayı: 43