Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib
Ölçü:


Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB ) İqtisadi Şurasının iclası keçirilib.

Koordinat.az
xəbər verir ki, iclasda Azərbaycanı Baş Nazirin birinci müavini Yaqub Eyyubov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil ediblər. İclasın gündəliyində MDB-yə üzv ölkələrin arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələləri əsas yer tutub.

Bundan başqa, iclasda Birlik ölkələrinin 2030-cu ilədək olan dövr üçün İqtisadi İnkişaf Strategiyasının işləyib hazırlanması müzakirə edilib.

06.12.2019 14:54:00
Oxuma sayı: 31