Bakıda bayram yarmarkaları təşkil ediləcək
Ölçü:

Kənd təsərrüfatı nazirliyi tərəfindən dekabrın 21-dən 30-na qədər 10 gün müddətində “Kənddən şəhərə” bayram yarmarkaları təşkil edələcək.

Koordinat.az xəbər verir ki, bunu “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev bildirib. Onun sözlərinə görə, bayram yarmarkalarının keçiriləcəyi ünvanların sayı artırılıb: “İndiyədək 4 yarmarka fəaliyyət göstərirdi. Adi vaxtlarda şənbə-bazar günləri fəaliyyət göstərən yarmarkalar  bayram günlərində gündəlik rejimə keçəcəklər. Bunlar “Gənclik” metrostansiyasının yaxınlığında, Yasamalda, Binəqədidə, Xırdalandadır. Təşkil olunacaq 5-ci yarmarkanın ünvanı gələn həftə dəqiqləşəcək. Bununla da 5 yarmarkamız 10 gün müddətində gündəlik olaraq fəaliyyət göstərəcək”.

M.Musayev deyib ki, məhsul satışı ilə bağlı bütün bölgələr üzrə fermerlərə müraciət edilib: “Bayramla əlaqədar öz məhsullarını satmaq istəyənlər üçün şərait yaradılıb. Həm aqrar inkişf mərkəzləri vasitəsilə, həm də regional idarələr vasitəsilə fermerlərə müraciət edilir. Yarmarkalarda bayaramla əlaqədar olaraq, alıcılara əsasən meyvə-tərəvəz, qoz-fındıq, çərəzlər, quru meyvələr, ət məhsulları təklif ediləcək”.

 

06.12.2019 12:56:00
Oxuma sayı: 68