Əli Əhmədov: “YAP parlamentdəki çoxluğunu qoruyub saxlamaq istəyir”
Ölçü:


“Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik. Yeni Azərbaycan Partiyası olaraq parlament seçkilərində yaxından iştirak edəcək, namizədlərimizi irəli sürəcəyik".

Koordinat.az
-ın məlumatına görə, bunu Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan vətəndaşları parlamentin buraxılmasını qiymətləndirir: "Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin kifayət qədər reytininqinin olması bizə ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazansın. Beləliklə də YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək. Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Beləliklə də biz prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da, yəni parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək".

06.12.2019 12:23:00
Oxuma sayı: 225