TRACECA ilə indiyədək 1 mlrd. tondan çox yük daşınıb
Ölçü:


Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində indiyədək 1 mlrd.  tondan çox müxtəlif yüklər daşınıb.

Koordinat.az
-ın məlumatına görə, bu barədə "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRASEKA Hökumətlərarası Komissiyasının XIV iclası zamanı TRACECA-nın Baş katibi Mirça Çiopraqa bildirib. Onun sözlərinə görə, ötən dövr dəhlizlə nəql edilən yüklərin 50%-i karbohidrogenlərin payına düşüb.

M. Çiopraqa onu da qeyd edib ki, TRACECA çərçivəsində Avropa İttifaqı ilə birgə ümumi dəyəri 187 mln. avro olan 85 layihə reallaşdırılıb: "Bütövlüklə, dəhliz çərçivəsində infrastrukturun inkişafına 4 mlrd. avro investisiya qoyulub".

06.12.2019 12:06:00
Oxuma sayı: 77