MSK sabah parlament seçkiləri ilə bağlı iclas keçirəcək
Ölçü:

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Koordinat.az
xəbər verir ki, iclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq. İclas sabah saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
06.12.2019 11:11:00
Oxuma sayı: 303