Bakıda TRACECA Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilir - FOTO
Ölçü:

Bakıda "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclası keçirilir.

Koordinat.az
-ın məlumatına görə, tədbirlərdə TRACECA-ya 13 üzv və 2 müşahidəçi  ölkənin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Tədbirlərdə ötən dövrdə görülmüş işlər, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq, Bakı Bəyannaməsi qəbul ediləcək.

Qeyd edək ki, TRACECA - MDB-yə göstərilən texniki yardım (TASIS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Cənubi Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
06.12.2019 10:34:00
Oxuma sayı: 38