Paşinyanın xanımı Azərbaycana meydan oxudu: "Müharibə başlasa, muğama qulaq asmaq istədikləri yerlərin sayı artacaq"
Ölçü:

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan dünən Yerevanda "Sülməramlıqda qadınların rolu: problemlər və imkanlar" adlı konfransında Azərbaycanı hədələyib.

Koordinat.az xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Anna Akopyan açıq-aşkar rəsmi Bakıya meydan oxuyub və deyib ki, müharibə başlasa Azərbaycan yeni ərazilər itirməli olacaq.

Akopyan çıxışında Azərbaycan prezidentinin xanımı Mehribanı Qarabağa dəvət edib və əgər dəvət qəbul olunarsa, özü də Bakıya gəlməyə hazır olduğunu bildirib.

Akopyan çıxışında Mehriban xanımın teleqram kanalındakı son statusuna işarə edib: “Onun arzusu Qarabağda muğam dinləməkdir, biz ona gözəl muğam təqdim edə bilərik”.

Baş nazirin xanımı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə də toxunub. O deyib ki, “Əgər muğam adı altında onlar müharibə istəyirlərsə, onda bu arzu elə arzu olaraq da qalacaq. Əgər müharibə başlasa, onda muğama qulaq asmaq istədikləri yerlərin sayı da artacaq.”

05.12.2019 17:57:00
Oxuma sayı: 108