Əli İnsanovun partiyasından REAL-a sərt cavab
Ölçü:


Bir neçə gün əvvəl Müsavat Partiyasının qərərgahında növbədənkənar parlament seçkilərilə ilə bağlı dəyirmi masa keçirilmişdi. Toplantıdan sonra REAL Partiyasının funksioneri Natiq Cəfərli tədbirdə iştirak edən Haqq və Ədalət Partiyasının Təşkilat Komitəsinin sədri, sabiq nazir və keçmiş siyasi məhbus Əli İnsanovla müzakirələrdə iştirak etmək istəmədiyini dilə gətirmişdi.

Koordinat.az xatırladır ki, Natiq Cəfərli öz açıqlamasında hətta Rusiya ilə Norveçin qonşu olmadığını iddia etmişdi. Bu isə sosial şəbəkədə geniş müzakirə olunmuşdu. Müzakirələrin gərgin atmosferdə davam etdiyi bu məqamda Haqq və Ədalət Partiyasının Təşkilat Komitəsinin üzvü Yalçın Qəhrəmanoğlu REAL-ın funksionerinə sərt cavab verib. Həmin cavabı olduğu kimi təqdim edirik:
"Əli İnsanovun rəhbərliyi ilə yaranmaqda olan Haqq və Ədalət Partiyasının müzakirələrə səbəb olacağı məlum idi. Təbii ki, əks qüvvələr partiyanı yaranmadan beşiyində boğmağa çalışa bilərlər. Lakin nəticəsizdir. Çünki partiya quruculuğu sürətlə gedir, yeni simalar cəlb edilir. Rus atalar sözündə deyildiyi kimi, general olan yerdə, əsgər həmişə tapılacaq. Buna görə, Natiq Cəfərli kimilər özü dediyi kimi ürkürlər. Görürlər ki, 14 illik həbsxananın sındıra bilmədiyi bir liderlə eyni masadadırlar. Bu Natiq o Natiqdir ki, qrant alıb vergisini vermədiyi üçün 14 saat polisdə dayanmağa gücü çatmadı. Bir yol tapıb, ürküb saxlanıldığı yerdən qaçdı. Qrant alıb, vergisini vermədiyi üçün həbs edilib 14 saat polisdə saxlanılıb sınanın 14 il sınmadan həbsdə durandan ürkməsi normaldı. Ölkənin, dövlətin dizaynını ürkəklər dizayn edə bilməz. O üzdən Natiq Cəfərliyə tövsiyə edirik, ürkmədiyi yerlərə getsin. Ürkəklik pis şeydi. Xəstəlikdi. Müalicə istəyirsə, Əli müəllim doktordu, ona müraciət etsin".


05.12.2019 17:37:00
Oxuma sayı: 40