Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək
Ölçü:


Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib.

Koordinat.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncamda əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
05.12.2019 16:35:00
Oxuma sayı: 514