Elmar Məmmədyarov: “Erməni həmkarımla mərhələli həll yollarını müzakirə etdik”
Ölçü:


“Dünən erməni həmkarımla 3 saat yarımdan çox davam edən görüşümüz oldu. Sizə deyə bilərəm ki, bu, kifayət qədər çətin müzakirələr idi”.

Koordinat.az
xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib. O bildirib ki, qarşıda hələ də həllini tapmayan məsələlər var: “Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə mərhələli həll yollarını müzakirə edirik. Təbii ki, ilk növbədə konfliktin nəticələri aradan qaldırılmalı, erməni silahlı bölmələri BMT-nin qətnamələrində göstərildiyi kimi, Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Bu, bizə danışıqlarda növbəti mərhələyə keçməyə imkan verəcək. Hansı ki, burada ərazinin statusu məsələsini müzakirə edə bilərik”.
05.12.2019 15:59:00
Oxuma sayı: 202