Elmar Məmmədyarov erməni nazirlə 3 saatlıq görüşündə nədən danışıb?
Ölçü:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmad Məmmədyarovla Zoqrab Mnatsakanyanın növbəti görüşü keçirilib.

Koordinat.az
xəbər verir ki, son bir ildə sayca 5-ci görüş olan bu qarşılaşma Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hansısa irəliləyişlərin olduğuna işarə edilir.  Belə ki, nazirlərin 3 saatdan çox davam edən görüşü zamanı Rusiyanın təklif etdiyi həll varinatının bəzi detalları üzrə mövqelərin bir qədər yaxınlaşdığı söylənilir. O da bildirilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin  vasitəçiliyi ilə baş tutan görüş zamanı atəşkəs rejiminin möhkəmlənməsi, xalqların sülhə hazırlanması və jurnalistlərin qarşılıqlı səfərlərinin davamı müzakirə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda qeyd olunur ki, görüşdə tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.


05.12.2019 15:04:00
Oxuma sayı: 109