Azərbaycan Gürcüstanla birlikdə ali məktəb yarada bilər
Ölçü:

“Biz bilirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə hansı problemlər mövcuddur və hansı işlər görülməlidir”.

Koordinat.az
xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, komitə və Təhsil Nazirliyi, həmçinin digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub: “Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər il də bu dərsliklərin sayı artırılır.  Bu gün orada bəzi çatışmazlıqlar var və biz onları müzakirə edirik. Bu, əsasən müəllimlərin yaşlanması ilə bağlıdır. Müəllimlərin yaşlanması ilə bağlı müəyyən Azərbaycan dilli məktəblərdə müəllim çatışmazlığı var".

Komitə sədri onu da qeyd edib ki, komitənin sifarişi ilə xaricdə yaşayanlar üçün  Azərbaycan dili dərsliyi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub: "Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir. Gürcüstandakı azərbaycamlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması üçün razılıq əldə edilib. Hazırda bu istiqamətdə işlər aparılır. Gələn ildən bu kvotaların ayrılması nəzərdə tutulur”.

05.12.2019 14:56:00
Oxuma sayı: 73