Dövlət qulluğuna imtahan verənlərin çoxi gənclərdir
Ölçü:

"Hazırda dövlət qulluğuna qəbul üçün edilən müraciətlər daha çox aşağı kateqoriyalı vəzifələr üzrədir. Çünki həmin vəzifələr üzrə iş stajı çox tələb olunmur".

Koordinat.az
-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, rəhbər vəzifələrə sənəd vermək üçün müəyyən tələblər (iş stajı, rəhbər iş stajı) var: "İş stajı 10 il və ya rəhbər vəzifə stajı 5 il olanların sayı çox azdır. Belə vakansiyalar da azdır. Ölkə üzrə AA1 üzrə cəmi 8 vakansiya var".

M. Abbaszadə bildirib ki, dövlət qulluğuna ilk dəfə müraciətlər edənlər əsasən heç vaxt işləməyən gənclərdir: "Ona görə də həmin imtahanlarda kütləvilik təmin olunur. Yuxarı səviyyədə olan imtahanlarda ilkin tələb kimi iş stajı qoyulduğundan müraciətlərin sayı azdır. Bir qurumda işləyən şəxslər daxili müsahibə elanı ilə vəzifələrini artıra bilirlər. Ona görə də onlar imtahan verməkdənsə, daxili müsahibəyə üstünlük verirlər. Hər hansı bir dövlət qurumunda işləyən şəxs başqa quruma keçməyə maraqlı olmur. Çünki onlar öz qurumlarında yüksəlmək istəyində olurlar".
05.12.2019 13:46:00
Oxuma sayı: 32