Gələn il üçün qəbul imtahanlarının vaxtı müzakirə edilir
Ölçü:

"Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, bu məsələ müzakirə edilir".

Koordinat.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də futbol üzrə Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək:  "Ölkədə kütləvi tədbirlər keçirilən zaman kütləvi imtahanların da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçirilək tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik".
05.12.2019 13:07:00
Oxuma sayı: 105