Fuad Muradovdan diaspor rəhbərlərinə çağırış: “Birlik olmayacaqsa..."
Ölçü:


"Diaspor təşkilatlarının fəaliyyəti hər hansı şəxsə bağlı olmamalıdır. Çünki bu milli məsələdir".

Koordinat.az
xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Modern.az- ın əməkdaşının suallarını cavablandırarkən deyib. O xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının sədrləri arasındakı narazılığın səbəblərindən danışıb: "Bu məsələdə zamanın tələbləri var. Diaspor təşkilatları yenilənməyə getməlidirlər. Bu problemin bir tərəfidir. Üstəlik kimsə kimsədən nə zamansa küsüb. İndi həmin küsülülər düşmənçilik səviyyəsinə qalxmamalıdır. Çünki bizim ümummilli məsələmiz var. Bizim bu məsələdə töhfəmiz odur ki, birlik yaratmaq üçün təşəbbüs göstərək. Əgər birlik olacaqsa, dövlət onlara hər dəstəyi göstərəcək. Amma bilirik olmayacaqsa, həmin xarici ölkələrdəki diaspor sədrlərinə sözümüz odur ki, gələcəkdə nə edəcəyinizi özünüz düşünün".
05.12.2019 12:19:00
Oxuma sayı: 65