Trampla Putinin görüşü baş tutmadı
Ölçü:



ABŞ prezidenti Donald Tramp Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) liderlərinin şərəfinə keçirilən təntənəli qəbulu vaxtından əvvəl tərk edib.

Koordinat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, şam yeməyi zamanı  Rusiya və ABŞ liderləri ünsiyyətdə olmayıb. Bundan əvvəl fotoşəkil çəkilişi  zamanı prezidentlər sadəcə bir-birinin əlini sıxıblar. ABŞ və Rusiya prezidentləri arasında gözlənilən görüş baş tutmayıb.

Qeyd edək ki, Bundan əvvəl liderlər arasında görüş  iyulda Hamburqda “G-20” sammiti çərçivəsində baş tutmuşdu.
10.11.2017 21:21:00
Oxuma sayı: 796