Bakı 5 ulduzlu hotellərdə gecələmə qiyməti çox bahadır
Ölçü:


Hazırda 5 ulduzlu hotellərin sayı Bakıda 109, Parisdə 102, Moskvada 38, Vaşinqtonda 20, Brüsseldə 14, Tbilisidə 13-dür.

Koordinat.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu Booking.com saytına istinadən məlumat yayıb. O, qeyd edib ki, Bakıda 5 ulduzlu hotellərin sayının çoxluğunu aşağıdakılarla izah etmək olar: "Əvvəla, hesab edirəm ki, Azərbaycanın paytaxt şəhərində 5 ulduzlu hotellərin sayının 100-dən çox olması neft fondundan və büdcədən oğurlanan vəsaitlərin bir hissəsinin əmlak bazarına yatırılmasından xəbər verir. İkincisi, bu hotellər büdcədən beynəlxalq tədbirlərin təşkilinə ayrılan vəsaitin silinməsində əhəmiyyətli rol oynayır. 2020-ci ilin büdcəsindən bu məqsədlə 221,5 milyon manat ayrılıb. Bakıya gələn qonaqlar da əsasən hakim dairələrə məxsus olan 5 ulduzlu hotellərdə yerləşdirilir. Üçüncüsü, ölkə paytaxtında 5 ulduzlu hotellərin çoxluğu gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürülməsinin göstəricidir. Ölkədə 100 minlərlə gənclər mənzilsiz yaşadığı halda bu hotellər yalnız beynəlxalq tədbirdən tədbirə doldurulur. Dördüncüsü, böyük etimalla Bakıdakı 5 ulduz hotellərin hamısı həmin standartlara uyğun xidmət göstərməsə də rüşvətin müqabilində həmin statusu qazanıb. Nəhayət, Bakıda 5 ulduz hotellərin sayının 2 və 3 ulduz hotellərin sayına bərabər olması (onların birlikdə sayı 112-dir) Azərbaycanın turizm cəlb ediciliyini aşağı salır və ölkəni rəqabətdə uduzdurur. Çünki, turistlər adətən aşağı ulduzlu, ucuz hotelləri olan ölkələrə səyahət edirlər. Araşdırma göstərdi ki, dekabrın ortalarında Bakıdakı hotellərin 52-də 1 gecənin qiyməti 220 dollar və ya 374 manatdan başlayır".
03.12.2019 17:21:00
Oxuma sayı: 14387