Dilçilik İnstitutunun dil islahatı: "qarğamaq" sözü "qarğımaq" kimi yazılacaq
Ölçü:


"Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən 10 minə yaxın sözün çıxarılma ehtimalı var".

Koordinat.az xəbər verir ki, bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. Orfoqrafiya Komissiyasında müzakirələrin davam etdirildiyini vurğulayan akademik bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin sonuncu, 2013-cü il nəşrinə dialekt sözlər və eyni sözün 2 variantı daxil edilib: "Məsələn, orfoqrafiya lüğətinin son nəşrində "qarğamaq" və "qarğımaq" sözləri yazılıb. Düzgün variant təbii ki, "qarğımaq"dır".

Möhsün Nağısoylu qeyd edib ki,  2004-cü ildə çap olunan lüğətə 8000-ə yaxın, 2013-cü ildə çap olunan lüğətə isə 110 563 söz daxil edilib. O, lüğətdən çıxarılacaq sözlərin sayının arta biləcəyini də deyib
16.01.2018 15:45:51
Oxuma sayı: 887