Konstitusiya Məhkəməsi parlamentin buraxılması barədə qərarı sabah verəcək
Ölçü:

Sabah Slovakiyanın paytaxtı Bratislavada ATƏT PA-nın Büro iclası və ATƏT-in Nazirlər Şurasının iclası keçiriləcək. Amma Azərbaycanın nümayəndə heyəti həmin iclasa qatılmayacaq.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib. O, bildirib ki, dekabrın 2-də Milli Məclisdə parlamentin  buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında qərar qəbul olunub və bununla bağlı ölkə başçısına müraciət edilib. Cənab Prezident isə Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Sabah isə həmin müraciətlə bağlı Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bütün bunlar əsas verir ki, xarici səfərlərimizi təxirə salaq və ölkənin əsas gündəmi olan seçkilər və digər məsələlərlə məşğul olaq. Bu, normal bir praktikadır və dünyanın hər bir yerində parlament buraxıldığı təqdirdə parlament üzvlərinin birbaşa daxili siyasətə fokslaşması, seçkilərlə bağlı məsələlərlə məşğul olması normal haldır” (APA).

03.12.2019 14:59:00
Oxuma sayı: 75