BDU-nun yataqxanasında daha 2 tələbənin vəziyyəti pisləşib
Ölçü:


Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında iki tələbənin vəziyyəti pisləşib.

Koordinat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki,  bu barədə məlumat təcili yardıma saat 08.15 də daxil olub. Yasamal rayonu Zahid Xəlilov küçəsi-54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (Mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi qənaətbəxşdir.

03.12.2019 11:12:00
Oxuma sayı: 92