Sabunçu-Pirşağı qatarı normal qaydada fəaliyyətini davam etdirir
Ölçü:

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Bakı-Pirşağı dəmir yolu xəttində qatar qəzası baş verməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Koordinat.az
-ın məlumatına görə, Natəvan Bayramova bildirib ki, hadisə ötən həftə sınaq işləri zamanı baş verib: “Hazırda həmin yolda hərəkət davam etdirilir, bu gün həmin yolla sərnişin daşınması işi həyata keçirilib. Yenidənqurmadan sonra bu gün əhalinin istifadəsinə verilmiş Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xətti ilə bağlı belə bir xəbərin gündəmə gətirilməsi belə bir layihəyə kölgə salmaq cəhdidir. Mən belə bir layihə ilə bağlı bu cür qərəzli informasiya verilməsindən çox təəssüflənirəm”.

02.12.2019 17:16:00
Oxuma sayı: 28