Arif Rəhimzadə Milli Məclisin buraxılmasına etiraz etdi
Ölçü:

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisin buraxılması ilə bağlı qərar layihəsinə etiraz edib.

Koordinat.az
xəbər verir ki, Yeni Azərbaycan Partiyasının 78 yaşlı üzvü spikerdən təkidlə söz alaraq parlamentin buraxılmasına münasibət bildirib. Arif Rəhimzadə bildirib ki, qərarda yer alan “Milli Məclisin bu tərkibdə işləməsi mümkünsüzdür” sözləri doğru deyil: “Bu, Milli Məclisin işləmədiyi anlamına gəlir. Burada çıxış edənlər hamısı elə danışdılar ki, parlament sanki işləməyib. Xeyr, parlament bu müddət ərzində çox səmərəli fəaliyyət göstərib, dövlət başçısının siyasətinə dəstək verib. Bir tərəfdən sosial şəbəkələri, mətbuatı qınayırıq, bir tərəfdən də özümüz eyni addımı atırıq. Həm də “buraxmaq” sözü olmamalıdır, mətndə “yeni seçkilər” kimi getməlidir”.

Oqtay Əsədov isə Arif Rəhimzadəyə “Arif müəllim, siz iclasa diqqətlə qulaq asmamısız. Ona görə də yanlış anlamısınız”, - deyə cavab verib.

02.12.2019 15:57:00
Oxuma sayı: 230