Deputata qarşı qarayaxma - kəlbəcərlilər etiraz edir
Ölçü:

Siyasi mühacir olduğunu iddia edən Süleyman Süleymanlı adlı bir sosial şəbəkə istifadəçisi Kəlbəcərin millət vəkili olan Cavid Qurbanova qarşı qeyri-etik və siyasi mübarizə çərçivəsindən kənar sözlər söyləməsi onun seçicilərinin narazılığına səbəb olub.

Koordinat.az xəbər verir ki, bu barədə tanınmış vəkil Əziz Qənbərov özünün sosial şəbəkə hesabında yazıb.

"Mən bir insanın digər bir ictimai və ya siyasi xadim haqqında tənqid yazmasının əleyhinə deyiləm. Bu tənqid təhqirə keçməyincə, bunu fikir və düşüncə azadlığı kimi qəbul edirəm. Lakin kəlbəcərlilərin rəğbətini qazanmış insanlar haqqında , xüsusən də onları ailə üzvləri vasitəsi ilə təhqir etmək əxlaqa sığmayan hərəkətdir. Bunun adı ictimai diqqəti özünə cəlb etmək, gələcəkdə hər hansı bir maddi mənfəət əldə etməkdən başqa bir şey deyil. Cavid Qurbanovun bir seçicisi olaraq Kəlbəcərin işğaldan azad olunması istiqamətində parlament tribunasından istifadə etməməsi məni üzən bir hal olduğunu bəri başdan deyirəm. Qısacası, bu hissədə Cavid müəllimdən razı deyiləm. Lakin insanlara xüsusən də kəlbəcərlilərə maddi dəstək olması, onlara qayğı göstərməsi təqdirəlayiqdir" - deyə, kəlbəcərli vəkil qeyd edib.

Əziz Qənbərov vurğulayıb ki, Cavid Qurbanov öz seçicilərinin problemlərinə biganə qalmayan azsaylı deputatlardandır. Onun fikrincə, bu gün kimlərinsə Cavid Qurbanova hücum çəkməsinin səbəbi onun insanları, xüsususilə də, həmyerlilərinə maddi dəstək göstərərək, onları razı salmağa çalışmasıdır: "Çünki onun haqqında yayımlanan son videodan görünür ki, özünü siyasi mühacir adlandıran bir şəxsin Cavid müəllimdən maddi umacağı var. Həmin videodan stat: “Özünü yaxşı aparmasan birinci, ikinci, üçüncü və s videoları da yayımlayacam” Süleyman adlı bir şəxs “özünü yaxşı aparmasan” deyərkən məqsədi bəllidir".

Tanınmış vəkil ictimai və siyasi prosesləri yaxından izləyən və bu prosesin içərisində olan şəxs kimi onu da bildirib ki, Süleyman Süleymanlını şəxsən tanımır və onun ictimai fəaliyyətini görməyib.

Yazı Vəkil Əziz Qənbərovun Facebook səhifəsindən götürülüb.
02.12.2019 13:46:00
Oxuma sayı: 42