Elmar Məmmədyarov erməni həmkarı ilə görüşəcək
Ölçü:

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla keçirəcəyi görüşün vaxtı açıqlanıb.

Bu barədə Koordinat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, cari ilin 4 dekabr tarixində Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçicvəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

02.12.2019 12:01:00
Oxuma sayı: 21