2019-cu ilin ən aktiv deputatı Cavid Qurbanovdur - SORĞU
Ölçü:


“İslahatçı Gənclər” İctimai Birliyi Editor.az İnformasiya Portalı ilə birlikdə 2019-cu ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə virtual sorğuları davam etdirir.

Koordinat.az xəbər verir ki, ölkəmizin ali qanunverici orqanı olan Milli Məclisin deputatlarının fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənmək məqsədi ilə keçirilən virtual sorğu başa çatıb. 18 noyabr-30 noyabr 2019-cu il tarixlərini əhatə edən virtual sorğuda respondentlər Milli Məclisin plenar və komitə iclaslarında aktivliyinə, seçicilərlə fəal işlədiyinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətinə, qanun yaradıcılığı sahəsində xidmətlərinə görə, İLİN ƏN AKTİV MİLLƏT VƏKİLLƏRİNİ seçiblər.

Qeyd edək ki, Milli Məclisin üzvlərinin sayının çoxluğunu və onların arasında yalnız bir nəfərin ən aktiv deputat olaraq seçilməsinin obyektiv olmayacağını nəzərə alaraq, Sorğu Komitəsi ən çox səs toplayan 10 deputatın İLİN ƏN AKTİV MİLLƏT VƏKİLİ kimi dəyərləndirilməsi haqqında qərar qəbul etmişdi.

Milli Məclisin bütün deputatlarının iştirak etdiyi sorğuda millət vəkilləri arasında ciddi rəqabət müşahidə olunub. Sorğuda ümumilikdə 163. 429 səsin qeydə alınması buna əyani sübutdur.

Sorğuya əsasən 14 min 338 səslə Cavid Qurbanov 2019-cu ilin ən aktiv deputatı seçilib. İkinci yerdə 12 min 512 səslə Rövnəq Abdullayev, üçüncü yerdə isə 9 min 921 səslə Ülvi Quliyevdir.
02.12.2019 11:49:00
Oxuma sayı: 52