SOCAR 420 neftçini dənizdən təxliyə etdi
Ölçü:

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) hava şəraitinin kəskinləməsilə bağlı dənizdə təxliyə tədbirləri həyata keçirib.

Koordinat.az
xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsi məlumat yayıb. Bildirilir ki, təxliyə təsbirlərinə dünən səhər başlanıb və axşama qədər başa çatdırılıb. Belə ki,  420 nəfərə yaxın əməkdaşımız təxliyə olunub. Hava şəraiti normallaşdıqdan sonra onlar iş yerlərinə qaytarılacaq.

Bununla yanaşı SOCAR bütün təhlükəsizlik tədbirləri gücləndirilib və mümkün fövqəladə vəziyyətin qarşısının alınması üçün növbətçilik keçirilir.

02.12.2019 11:39:00
Oxuma sayı: 26