Küləkli hava ilə bağlı sürücü və sərnişinlərə müraciət
Ölçü:

Bakı Nəqliyyat Agentliyi (BNA) küləkli hava ilə əlaqədar sürücü və sərnişinlərə müraciət edib.

BNA-dan Koordinat.az-a verilən məlumata görə, müraciətdə bu gün müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir: “Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər".

Xatırladaq ki, hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. BNA sərnişinlərə bildirir ki, hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etsinlər.


02.12.2019 09:59:00
Oxuma sayı: 32