Milli Məclis bu gün toplanır - gündəlikdə 1 məsələ var: özünüburaxma
Ölçü:

Bu gün - dekabrın 2-də Milli Məclisin xüsusi iclası keçiriləcək.

Koordinat.az xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ daxildir: "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə".

Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlar adından Milli Məclisin buraxılması ilə bağlı müraciət qəbul olunub. 68 nəfər YAP-çı deputatın təşəbbüsünə  daha sonra müstəqil deputatlar da dəstək verib.

Ehtimal olunur ki, bugünkü iclasın sonunda Milli Məclis parlamentin buraxılması təşəbbüsünü dəstəkləyəcək və 2 ay ərzində növbəti seçkilərin keçirilməsi üçün ölkə başçısı tərəfindən qərar veriləcək.

02.12.2019 09:38:00
Oxuma sayı: 24