Paşinyan yenə Qarabağa gəldi - təmas xəttindəki postlara baxış keçirdi
Ölçü:


Noyabrın 30-da Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.

Koordinat.az
-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, Nikol Paşinyan və Qarabağ separatçılarının lideri Bako Saakyan Ermənistan ordusunun işğal altında olan Dağlıq Qarabağdakı bir sıra hərbi  hissələrə gedərək, hərbi xidmətin gedişi və mövcud vəziyyətlə tanış olublar.

Paşinyan və Saakyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və qondarma "DQR-in müdafiə naziri" Karen Abramyan müşayiət ediblər. Təmas mövqelərində Nikol Paşinyan və Bako Saakyana cəbhədəki vəziyyət, postlarda yaradılan mühəndis və texniki təchizat sahəsində görülən işlər barədə məlumat veriblər.

Paşinyan işğalçı ordu hissələrində qulluq edən hərbçilərin yaşayış şəraiti ilə tanış olub və əsgərlərlə söhbət edib. Ermənistan hökumətinin başçısı silahlı qüvvələrin və hərbi sənayenin davamlı inkişafına önəm verdiyini və ordunun iqtisadi inkişafın lokomotivinə çevrilməli olduğunu qeyd edib. Paşinyan silahlı qüvvələrdə yeni bir qida qaydasının tətbiq olunmasının vacibliyini vurğulayıb və bunun kənd təsərrüfatının inkişafına təkan verə biləcəyini qeyd edib, “çünki kənd təsərrüfatı məhsulları birbaşa kəndlilərdən alınacaq”,- o qeyd edib.

Hərbçilərlə görüşdə Nikol Paşinyan səngər postlarına baş çəkməyin məqsədi, silahlı qüvvələrin inkişafı, hərbçilər arasındakı münasibətlər və digər məsələlərə toxunub: “Bugünkü səfərimizin əsas məqsədi həm uzunmüddətli, həm də qısa müddətdə xidmət keçən əsgərlərin həyatında müsbət dəyişikliklərin olub-olmadığını öyrənməkdir”.


01.12.2019 10:11:00
Oxuma sayı: 36