Təhsil Nazirliyi MMC-yə 1,4 milyon manat ayırdı
Ölçü:


Təhsil Nazirliyi müəllimlərə ixtisasartırma təlim təlimləri üçün ümumi məbləği 1 milyon 425 min manat olan iki tender müqaviləsi bağlayıb.

Koordinat.az
xəbər veri ki, hər iki tender müqaviləsi "Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi" MMC ilə bağlanıb. Tenderlər “Humanitar fənləri tədris edən müəllimlər üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimləri” və  “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası üzrə ixtisasartırma təlimi” üzrə olub.

Xatırladaq ki, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi 2012-ci ildə təsis edilib. Mərkəzin əsas məqəsd və məramı təhsil sistemində kadr potensialının gücləndirilməsi vasitəsilə təhsilin transformasiyası və inkişafına dəstək verməkdir.
30.11.2019 17:28:00
Oxuma sayı: 313