AQTA tələbələrin zəhərlənməsi faktını araşdırır
Ölçü:


Qida Təhlukəsizliyi Agentliyi Bakının Nizami rayonunun "NZS" adlanan ərazisində iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə daxil olan məlumatla bağlı araşdırmalara başlayıb.

Koordinat.az xəbər verir ki, AQTA verilən məlumata görə, ilkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir: "Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".
30.11.2019 10:16:00
Oxuma sayı: 32