Siyavuş Novruzovun xanımına 104 deputat səs verib
Ölçü:

Milli Məclisin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin məsələsinə baxılıb.

Koordinat.az xəbər verir ki,  bu vəzifəyə Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşı Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilib. İclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib. Cəmi 1 deputat əleyhinə səs verib.

Xatırladaq ki, Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. O,  hüquq üzrə fəlsəfə doktorudur, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 3-cü dərəcə Dövlət müşaviridir. Hazırda Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutur.
 
Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşı olan Səbinə Əliyeva sabiq vitse-spiker, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır. İki övladı var.
29.11.2019 12:56:00
Oxuma sayı: 203