Şahbaz Quliyevdən məktub var
Ölçü:


Ermənilərin Dilqəm Əsgərivla birgə Qarabağda girov saxladığı Şahbaz Quliyevlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsindən məktub gəlib.

Koordinat.az xəbər verir ki, bu barədə "Şərq" qəzetinə Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.  O qeyd edib ki, bu məktub da əvvəlkiləri təkrarlayır. Belə ki, Kəlbəcərdə erməni separatçıları tərəfindən girov götürülən soydaşımız qısaca olaraq belə yazıb: "Vəziyyətim yaxşıdır, məndən nigaran olmayın. Bütün qohum-əqrabaya salam deyin!".

Bacısının dediyinə görə, Şahbaz Quliyev bu sözlərdən başqa heç nə yazmayıb: "Başqa heç nə yazmır. Heç şəkil də gətirməyiblər. Məktubu gətirənlərdən onların səhhətini soruşuruq. Heç bir cavab vermirlər".

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib.

Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.

 
04.05.2017 16:32:00
Oxuma sayı: 663