Kadırov Goranboyda tapılan 104 yaşlı qadına mənzil verdi
Ölçü:


Ramzan Kadırov Azərbaycanda tapılan və milliyətcə çeçen olduğunu bildirən 104 yaşlı qadına ev bağışlayıb.

Koordinat.az xəbər verir ki, bu barədə  Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Mədinə Əliyeva Rusiya səfirliyinin sənəd işlərini həll etməsindən sonra xüsusi təyyarə ilə Çeçenistana gətirilib.Ona Qroznı şəhərinin Oktyabr rayonunda mənzil verilib. Əhməd Hacı Kadırov Fondu tərəfindən verilən mənzildə Mədinə Əliyeva valideynlərini itirmiş 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman ilə birgə yaşayacaq. 
 
16.01.2018 11:18:00
Oxuma sayı: 905