Mingəçevir və Yevlaxda icbari tibbi sığorta...
Ölçü:


Builin fevral ayında icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdəki tibb müəssisələrində sığortalı əhaliyə 101268 tibbi xidmət, mart ayında isə 163029 tibbi xidmət göstərilib.

Koordinat.az
xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində həkimlərin əmək haqları 240-740, orta tibb işçilərinin 80-200, kiçik tibb işçilərinin əmək haqları isə 80-130 manat arasında artırılıb.

Göstərilən xidmətin 67 faizini ambulator müayinələr təşkil edib. Hər iki ay üzrə həyati vacib, dəyəri yüksək əməliyyatların sayı 118 təşkil edib.

Xatırladaq ki, 2017-ci il yanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə həyata keçirilir.

 
04.05.2017 12:47:00
Oxuma sayı: 140