İcbari tibbi sığorta paketində 3000-dək xidmət olacaq
Ölçü:

“Gələn ilin dövlət büdcəsindən tibbi xidmətlərin verilməsi üçün 90 manat vəsait dövlət büdcəsindən ödəniləcək. Bura ilkin səhiyyə xidməti, Təcili Tibbi Yardım, ambulator, stasionar xidmət və həyati vacib olan xidmətlərin siyahısı daxildir. Məsələn, anadangəlmə ürəkqüsurlu olan körpələrin müalicəsi də büdcə hesabına ödəniləcək”.

Koordinat.az
xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyinin şöbə müdiri Şükür Eyvazov “REAL” TV-yə müsahibəsində deyib.  Onun sözlərinə görə, vətəndaşlar ödəniş üçün müraciət etməyəcəklər: “Çünki dövlət tərəfindən adambaşına 90 manat ödənilir. Qeyd edim ki, yeni  hazırlanan xidmətlər zərfində say 3000-ə çatdırılıb. Burada koxlear implantasiya  daxildir.

Bizim vətəndaşa xidmət etmək üçün maliyyəmiz yüksəkdir. Əgər vətəndaş  xəstələnibsə, ona seçim limiti qoyulmur. Əgər müayinə nəticəsində şəxsdə xəstəlik aşkar olunubsa və həmin xəstəliyin müalicəsi, əməliyyatı xidmətlər zərfində öz əksini tapıbsa, bu, həyata keçiriləcək. Çünki vətəndaşın sığorta ödəmələri var. Ona görə hara müraciət etməsindən asılı olmayaraq ona xidmət ediləcək”.


27.11.2019 12:51:00
Oxuma sayı: 31