Bu ilin sonunadək AÇG-də ümumi neft hasilatı 500 milyon tona çatacaq
Ölçü:


Bu ilin sonunadək Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda ümumi neft hasilatının 500 mln. tona çatacağı gözlənilir.

Koordinat.az
-ın məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Bu il üçün gözlənilən əlamətdar hadisələrdən biri də AÇG-də 500 mln. ton neftin hasilatıdır. Əlbəttə, bu, hasilat tempinə bağlıdır, amma ilin axırına kimi bu gözləniləndir".


Bundan başqa B. Aslanbəyli qeyd edib ki, AÇG üzrə 2020-ci il üçün büdcə və iş planı artıq təsdiqlənib.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, "Chevron" – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
27.11.2019 10:12:00
Oxuma sayı: 29