Əli İnsanov siyasi partiya yaratdı - Təşkilat Komitəsində məşhur şəxslər var
Ölçü:

Keçmiş  səhiyyə naziri Əli İnsanovun siyası partiya yaradacağı barədə söz-sözhbətlər nəhayət ki, təsdiqini tapıb. artıq yeni siyasi partiyanın Təşkilat Komitəsinin toplantısı da keçirilib.

Koordinat.az xəbər verir ki, bu barədə Əli İnsanov özünün "Facebook" səhifəsində məlumat yayıb. O qeyd edib ki, bu gün siyasi həmfikirləri ilə birlikdə keçirdikləri toplantıda yaratmaq istədikləri partiyanın Təşkilat Komitəsinin tərkibini müəyyənləşdiriblər. Haqq-Ədalət alanan yeni siyasi partiyanın təşkilat komitəsinin üzvləri arasında yaxın keçmişdə yüksək vəzifələrdə çalışmış tanınmış şəxslər də var.

Toplatıda 15 nəfərdən ibarət Təşkilat Komitəsinə Əli İnsanov sədr seçilib. Üzlər arasında akademik, hüquqşünas, keçmiş səfir, keçmiş polis zabiti, YAP rayon təşkilatının sabiq sədri də var. Səsvermə yolu ilə Əli İnsanov yekdilliklə Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə katib seçilib.

Partiyanın Təşkilat Komitəsinin tərkibi belədir:
1) Əli İnsanov- sədr
2) İsfəndiyar Vahabzadə- Azərbaycan Respublikasının Fövqəladə və səlahiyyətli səfiri,filologiya elmləri doktoru, professor, Moldava Respublikasının Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik.
3) Qalibə Budaqova- Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri.
4) Mirədalət Talışxanov- Hüquqşünas, Masallı rayon Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Baş Prokurorunun sabiq köməkçisi.
5) Eyvaz Əliyev- Beyləqan rayon Yeni Azərbaycan Partiyasının sabiq sədri, Beyləqan Rayon İcra Başçısının sabiq müavini.
6) Oruc Muradov- Ukrayna Respublikası Xarkov şəhərində yaşayır,iqtisadçı, sahibkar,1988-1990-cı illərdə Xalq Hərəkatının fəal üzvlərindən biri.
7) İlqar Quliyev- Ekoloq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı, Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt şəhər təşkilatının sədri.
8) Babək Adıgözəlov-  Hüquqşünas, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının idarə heyyətinin sabiq üzvü.
9) Yalçın Qəhrəmanoglu- Ukrayna Respublikası Kiyev şəhərində yaşayır, iqtisadçı mühəndis,sahibkar,Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurasının üzvü.
10) Əfqan Sadıqlı- jurnalist, Azel tv-nin rəhbəri.
11) Zaur Bayramoglu- Qazi.
12) Murad Muradov- İctimai fəal.
13) Rəşad Abbaslı- Mühəndis, Təşkilat Komitəsinin katibi.
14) Fərrux Binətzadə- Hüquqşünas, keçmiş polis zabiti.
15) Murad Quliyev- İqtisadçı, hüquqşünas, Amerika Birləşmiş Ştatlarında tədqiqatçı.

İclasda partiyanın təsis konfransına qədər olan dövrdə görüləcək işlər barədə geniş müzakirə aparılıb, partiyanın nizamnaməsi və proqramının hazırlanmasının başa çatdırılması üçün tapşırıqlar verildi.
24.11.2019 20:31:00
Oxuma sayı: 59