Musa Musayev YAP-ın gəncləşmə siyasətinə etiraz etdi: "18-19 yaşlı uşaqları tribunaya çıxarıb partiyadan danışdırmağa nə ad vemək olar?!"
Ölçü:

“Bu gün (dünən-red.) YAP-ın yaranmasının 27-ci ildönümü ilə əlaqədar Mərkəzi Aparatın akt zalında tədbir keçirildi. Təəssüf hissi ilə qeyd edirəm ki, tədbirdə partiyanın yaradılmasında xidmətləri olmuş “91-lər” yad edilmədilər".

Koordinat.az xəbər verir ki, bu fikirləri hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat Musa Musayev sosial şəbəkədə narazılığını ifadə edərkən bildirib. O, qeyd edib ki, həmin toplantıda 6 nəfər çıxışçıdan heç biri YAP-ın yaranmasında xidmtləri olmayanlardır: "Bu yubiley tədbirində ilk növbədə 1992-ci ilin oktyabrından 1993-cü il iyunun 15-nə kimi olan tarixdə YAP-ın yaranmasında xidməti olanlar danışmalıdır...”.

Musa Musayev YAP-da da islahata ehtiyac olduğunu vurğulayıb: “Mən dəfələrlə demişəm, bu gün də təkrar edirəm: YAP-da təcili islahatlar aparılmal , Mərkəzi Aparatdakı ab-hava kökündən dəyişilməlidir! 2000-2001-ci ildə anadan olan uşaqları tribunaya çıxarıb 27 illik tarxi olan partiyadan danışdırmağa nə ad vermək olar? Xahiş edirəm ki, tədbirin  təşkilatçıları papaqlarını qarşılarına qoyub fikirləşsinlər! Bu partiya ulu öndərin yadigarıdır!”

22.11.2019 14:34:00
Oxuma sayı: 53