Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb - FOTOLAR
Ölçü:


Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb.

Koordinat.az
-ın məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin Qəbullar Evinə gəlib. Rusiya Hökumətinin sədri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.

Sonra Mehriban Əliyevanın Dmitri Medvedevlə görüşü olub. Görüşdə Baş nazirini müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Heydər Əliyev Fondunun İcraçı direktoru Anar Ələkbərov, Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

21.11.2019 21:12:00
Oxuma sayı: 36