Ombudsman seçiləcək xanım Siyavuş Novruzovun həyat yoldaşıdır
Ölçü:

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.

Koordinat.az xəbər verir ki, Prezident İlham Əliyev Ombudsman vəzifəsinə 3 nəfərin namizədliyini irəli sürüb. Namizədlər bunlardır: Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.

Uniklal.org-un əldə etdiyi məlumata görə, Milli Məclisin sabahkı iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı seçiləcək. Qeyd olunur ki, Hüquq üzrə fəlsəfə doktoru olan Səbinə Əliyeva YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Xanım hüquqşunas Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və  millət vəkili Yaşar Əliyevin qızıdır.
21.11.2019 19:53:00
Oxuma sayı: 37