Naxçıvanda bütün qəbirlərin üstü bu ölçü və formada olacaq - qərar + FOTOLAR
Ölçü:


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qəbirüstü daşların hazırlanması ilə bağlı xüsusi qaydalar müəyyən edib.

Koordinat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, noyabrın 8-də təsdiq edilmiş qərar əsasən, Naxçıvanda qəbirüstü daşlar rəsmi qaydada müəyyən edilmiş eskizlərdəki kimi götürüləcək. Rəsmi qərara görə, Muxtar Respublikada qəbirüstü abidələr yalnız 2 formada ola bilər. Hər iki formada sinə daşlarının uzunluğu 2.20sm, eni isə 1.20 sm, başdaşının hündürlüyü 60 sm, eni 80 sm olmalıdır.

Qərarda qəbir daşlarının hansı materialdan hazırlanacağı açıqlanmayb.

Diqqətçəkən digər bir məqam isə başdaşlarına aypara vurulsa da, səkkizguşəmizin həkk olunmamasıdır.
10.11.2017 18:49:54
Oxuma sayı: 1106