BDU-nun ölən və xəstəxanaya yerləşdirilən tələbələrinin adı açıqlandı
Ölçü:


Bakı Dövlət Universitetinin (BDU) 2 saylıi yataqxanasındakı zəhərlənmə nəticəsində ölən tələbənin adı açıqlanıb.

Koordinat.az xəbər verir ki, BDU-dan həyatını itirən tələbənin 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı olduğu bildirilib. Məlumata görə, qızlar ötən axşamdan zəhərləniblər. Həkimlər bu gün günorta saatlarrında yataqxanada huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıb. Onlardan biri ölü tapılıb.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2 saylı yataqxanada zəhərlənmiş tələbələrin yerləşdirildiyi xəstəxanaya gedib. O, 2 tələbə qızın yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə onların vəziyyətilə maraqlanıb, həkimlərlə söhbətləşib.

Hazırda xəstəxanada olan tələbələrin 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı (Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi) və 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı (Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi) olduğu bildirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.

21.11.2019 15:29:00
Oxuma sayı: 28