İbrahim Məmmədov ARB-dən ayrılmayıb - açıqlama
Ölçü:


“ARB TV”​ kanalın sədr müavini İbrahim Məmmədovun yeni təyinatı ilə bağlı məlumat yaylb.

Koordinat.az xəbər verir ki, məlumatda bir neçə gün əvvəl Nazirlər Kabinetinin Mətbuat xidmətinə rəhbər təyin olunan İbrahim Məmmədovun telekanaldan ayrılmadığı deyilir:

“İbrahim Məmmədov telekanalımızda işini davam etdirəcək və eyni zamanda analitik verilişin müəllifi kimi efirdə olacaq. “ARB Media Qrup”da bu cür təcrübə var. Telekanalımız mətbuat xidmətlərində çalışan peşəkar aparıcıların təcrübəsindən bəhrələnir. Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat ximətinin rəhbəri Anar Nəcəfli, Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva, Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə “ARB TV” və “ARB24”də aparıcı kimi fəaliyyət göstərir. İbrahim Məmmədov da artıq yeni çalışdığı qurumla bununla razılığa gəlib və biz birgə işimizi davam etdirəcəyik”.(Qafqazinfo)


21.11.2019 13:16:00
Oxuma sayı: 22