Təhsil Nazirliyi məktəblilərin 5 günlük payız tətili ilə bağlı iradlara cavab verdi
Ölçü:


2019/2020-ci tədris ilinin 5 günlük tətili noyabrın 16-dan 20-dək davam edib. Sabahdan isə məktəblilər dərsə gedəcəklər. Amma 5 günlük tətilin 2 gününün şənbə-bazara düşməsi bir çox valideynlərin narazılığına səbəb olub.

Koordinat.az
xəbər verir ki, valideynlər tətil cədvəli tutularkən illik bayram və şənbə-bazar günlərinin də nəzərə alınmalı olduğunu deyirlər. Təhsil Nazirliyindən Modern.az-a bildiriblər ki, tətil günləri bayram günü hesab olunmur: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Lakin tətil günləri bayram günü hesab olunmadığından şənbə və bazar günlərinə düşən tətil günlərinin digər günlərlə əvəz edilməsi nəzərdə tutulmur”.

Qeyd edək ki, Təhsil Nazirliyinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Dərs ili ərzində beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili (1-5 may) olur.

20.11.2019 18:38:00
Oxuma sayı: 46