9 ayda 7300 iş yeri bağlanıb - RƏSMİ
Ölçü:

2019-cu ilin doqquz ayı ərzində ölkədə 164,4 min yeni iş yerləri açılmışdır.

Koordinat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin aylıq hesabatında belə deyilir. Bildirlir ki, bu dövrdə yaradılmış iş yerlərinin 24,1 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 55,0 faizi Bakı şəhərinin, 1,8 faizi Naxçıvan Muxtar Respublikasının, 43,2 faizi digər regionların payına düşmüşdür. Yeni açılmış iş yerlərinin 32,0 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 44,7 faizi isə digər tədbirlər üzrə yaradılmışdır.

Bununla yanaşı, 2019-cu ilin doqquz ayı ərzində ölkədə 7,3 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 51,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 39,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 60,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

20.11.2019 17:07:00
Oxuma sayı: 24